PKK Suriyanın şimalında muxtariyyət elan edib

  • 18 mart 2016, 08:51
PKK-nın Suriya qolu PYD  ölkənin şimalında muxtariyyət elan etdiyini açıqlayıb.
 
Yayılan xəbərlərdə bildirilir ki, Rumeylanda dünəndən  keçirilən və federalizmin müzakirə olunduğu iclasda Suriyanın şimalında muxtariyyətin elan edildiyi elan olunub.
 
Suriya rejimi  qərardan  dərhal sonra yaydığı açıqlamada federalizm elanının rəsmi və ya siyasi gücünün olmadığını bildirib. SANA-ya danışan Suriya xarici işlər nazirliyi rəsmisi muxtariyyətin ölkənin ərazi bütövlüyü prinsiplərinə zidd olduğunu deyib
 
PKK-nın Suriya qolunun bu qərarına ABŞ da qarşı çıxıb. ABŞ dövlət departamentinin rəsmisi Mark Toner  muxtariyyəti tanımayacaqlarını bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə qərarı dəstəklədiklərini qeyd etmişdi.
 
Demokratik.Az
Oxşar xəbərlər