Skandal iddia: Rusiyanın hərbi kəşfiyyat şefini Türkiyə öldürüb?

  • 04 mart 2016, 08:35
Rusiyanın hərbi kəşfiyyat  (QRU) şefi İqor Serqun yanvar ayında gizli  bir iş üçün getdiyi Livanın paytaxtı Beyrutda öldürüldü.

Xarici KİV-lər xəbər verir ki, Londonda bir diplomatik qaynaq  rus hərbi kəşfiyyat şefi İqor Serqunun qətlinin  ərəb ölkələri və Yaxın Şərq ölkələrinin kəşfiyyat orqanları tərəfindən planlaşdırıldığını bildirib. 

Adı gizli saxlanılan diplomatik qaynaq Seguna qarşı sui-qəsddə Türkiyənin əsas rol oynadığını deyib. 

Qeyd edək ki, QRU şefi  İqor Serqun öncə Suriyaya, daha sonra isə Livana səfər etmişdi. Gizli səfərin 3-cü həftəsində Serqun Beyrutda öldürülmüşdü.
Oxşar xəbərlər