İŞİD PKK-nın Suriya qolu YPG-ə aman vermədi - 43 ölü

  • 02 mart 2016, 20:06
Suriya-Türkiyə sərhədində yerləşən Telabyad bölgəsinə İŞİD-in həftə sonu təşkil etdiyi hücumlar nəticəsində 43 YPG döyüşçüsü öldürülüb. 

Bu barədə YPG sözçüsü Redur Xəlil "Röyter”ə açıqlamasında deyib. 

O, atəşkəsin başladığı gündən etibarən İŞİD-çilərin hücuma keçdiyini bildirib. 

Hücumlar zamanı 23 mülki vətəndaşın da öldüyünü vurğulayan Xəlil atışmaların dünən sona çatdığını qeyd edib.