Demokratik TV
Xəbər lenti
Qarabağda xidmət edən prezident nəvəsi
- 25 fev 2016, 21:00
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın nəvəsi Dağlıq Qarabağda hərbi xidmətdədir
Demokratik.Az Yerevanda çıxan "Joxovurd” qəzetinə istinadən bildirir ki, Erməni Milli Konqresinin sədri, ölkə müxalifətinin faktiki lideri hesab olunan Levon Ter-Petrosyanın böyük nəvəsi Levon Davidoviç Petrosyan hərbi xidmətə Yerevandakı hərbi hissələrdən birində başlamışdı.
Lakin az sonra onu Ermənistan ordusunun Dağlıq Qarabağdakı hissəsinə yollayıblar.
"Müxalifətçilər bunu "Levon Ter-Petrosyanın nəvəsinin hərbi xidmətdən azad olmaq hüququ olsa da o, orduya yollandı” kimi qələmə verirlər. Əslində isə Levon Ter-Petrosyanın yalnız adı xidmətdə keçir, özü isə "mülki həyat”dadır. Levon Ter-Petrosyanın nəvəsi gah Yerevanda, gah da Moskva və Londonda yaşayır. Belədirsə, "nəvənin vətənpərvərliyi” ilə bağlı deyilənlər çox ucuz, eybəcər təbliğat təsiri bağışlayır”, – qəzet yazıb.
Erməni Milli Konqresinin mətbuat katibi Arman Musinyan olaya şərh verməkdən imtina edib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti