Şəhidin nişanlısının son istəyi-"Açın son dəfə üzünü görüm..."

  • 04 fev 2016, 21:10
Türkiyədə PKK terror təşkilatına qarşı başladılmış əməliyyatlar sona yaxınlaşır.
Diyarbəkirin Sur qəsəbəsində PKK terrorçularının açdığı atəş nəticəsində 24 yaşlı Göksal Cin adlı əsgər şəhid olub. Şəhidin doğulduğu Zonguldaqda cənazə mərasiminə 5 min insan qatılıb. Şəhidin nişanlısı Büşra Aslan da cənazə mərasimində iştirak edib və onun son istəyinə heç kim "yox" deyə bilməyib. B.Aslan şəhidin üzünü son dəfə görmək üçün tabutun açılmasını istəyib. Nişanlısına son dəfə baxan Büşra Aslan, huşunu itirib. İlk tibbi yardımla özünə gələn Büşra, mərasimə qatılıb. Cənazə mərasimində hərbi rütbəli şəxslərlə yanaşı millət vəkilləri, tanınmış şəxslər də iştirak edib. 

Qeyd edək ki, şəhid Göksalın 2 ay sonra toyunun keçirilməsi planlaşdırılmışdı. 

Xatırladaq ki, son hərbi əməliyyatlar nəticəsində Cizrə və Surda öldürülən PKK terrorçularının sayı 650-ni keçib. Cizrədə cəmi bir neçə məhəllə terrorçuların əlindədir və atışmalar hələ də davam edir. 

Oxşar xəbərlər