Rusiyadan Türkiyə ilə bağlı ŞOK İDDİA

  • 04 fev 2016, 20:52
Suriyanın Hələb şəhərində Rus hərbi təyyarələrinin növbəti bombardmanı olub.
 
Rusiya Müdafiə Nazirliyi Türkiyənin Suriyaya hərbi müdaxilə hazırlığının başlatdığını bildirib. 
"Reuters"-in xəbərinə görə, Rusiya Müdafiə Nazirliyi sözçüsü İqor Konaşenkov Türk Silahlı Qüvvələrinin Suriya torpaqlarında aktiv hərbi əməliyyatlara başlamaq üçün gizli bir hazırlıq gördüyünü bildirib. 

İddia ilə bağlı hələ ki, Türkiyədən rəsmi açıqlama gəlməyib. 

Digər tərəfdən Anadolu Agentliyinin yaydığı xəbərə görə, Suriyanın Hələb şəhərində Rus hərbi təyyarələrinin növbəti bombardmanı olub. Nəticədə 25 mülki vətəndaş həyatını itirib, 60 nəfər isə ağır yaralanıb. 

Teymur
Demokratik.Az