Türkiyədə neft emalı zavodu yanır

  • 03 fev 2016, 20:28
Türkiyənin Kocaeli şəhərinin Körfəz qəsəbəsində yerləşən "Tüpraş İzmit Neft emalı zavodu"nda yanğın baş verib.

Yanğın Türkiyə vaxtı ilə saat ilə 15:15-də meydana gəlib və hazırda davam edir.

Yanğına avadanlıqlarda meydana gələn nasazlığın səbəb olduğu bldirilir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Əraziyə çoxlu sayda yanğınsöndürən qüvvə cəlb olunub.

Qeyd edək ki, "Tüpraş" şirkətinin (Türkiye Petrol Rafinerileri A.Ş.) Kocaeli, Kırıkkale, Əliağa və Batmanda neft emalı zavodları mövcuddur.

Report