"Türkiyə təyyarələri vurulacaq" - Rusiya

  • 01 fev 2016, 22:00
Rusiya Türkiyə-Suriya sərhədində yeni uçuş qaydaları müəyyənləşdirib. Yeni qaydaya görə, Suriya hava məkanına daxil olan türk təyyarələri vurulacaq.

Bu barədə Küveytin "Ər-Rai” qəzeti məlumat yayıb.

Məlumata görə, Rusiya Suriya hava məkanına daxil olan türk təyyarələrinin dərhal vurulması əmrini verib.

Buna uyğun olaraq, Rusiya-Türkiyə arasında 1998-ci ildə imzalanmış Adana müqaviləsi ləğv edilib.

Rusiyanın Suriyanın Miq-29 təyyarələrini  modernləşdirməsi də nəzərdə tutulub.

Bundan əlavə, xəbərdə Suriya ordusunun irəliləyişi nəticəsində cihadçı qruplaşmalar arasında ixtilafların başladığı da deyilib.

Aigər tərəfdən, Suriya-Türkiyə sərhədinin də bağlanılması planlaşdırılır.

axar.az
Oxşar xəbərlər