PKK-dan xain hücum: Evinin önündə vuruldu

  • 31 yan 2016, 10:19

Ötən gün axşam saatlarında Türkiyənin Şırnak bölgəsində PKK kənd gözətçisini öldürüb.

 

Demokratik.Az xəbər verir ki, müvəqqəti olaraq kəndə gözətçilik edən 44 yaşlı Murad Sevim evinin önündə terrorçular tərəfindən pusquya düşürülüb. Ağır yaralanan Sevim xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisədən dərhal sonra zirehli avtomobillər kəndə yeridilib. Qaçan terrorçunun ələ keçirilməsi istiqamətində genişmiqyaslı əməliyyat başladılıb.