Fransa xarici işlər nazirinin oğluna cinayət işi açdılar

  • 30 yan 2016, 19:44
Fransa xarici işlər naziri Loran Fabiusun oğlu Tomas Fabiusa qarşı cinayət işi açılıb.


 

Fransa ədliyyəsi nazirin oğlunu saxta sənədlərin hazırlanması və istifadəsində ittiham edir. Bu yaxınlarda o, istintaqa ifadə verib. İstintaq orqanları onun bank hesabına keçirilən iri məbləğdə pulun mənbəyi ilə maraqlanıblar. Onun 2012-ci ildə Parisin mərkəzində  7 milyon avroya aldığı 300 kv. metrlik mənzilin maliyyə mənbəyi də istintaqı maraqlandırıb.


Tomas Fabiusa qarşı istintaq 2013-cü ildə başlayıb. O, maliyyə maxinasiyalarında, pulların yuyulmasında, saxta maliyyə sənədləri hazırlamaqda ittiham olunur.

 

Demokratik.Az