"Lazım gəlsə "Facebook"u da, "Google"u da bloklayarıq" - Putinin müşaviri

  • 28 yan 2016, 17:42
Putinin internet məsələləri üzrə müşaviri German Klimenko Gazeta.ru saytına bildirib ki, "Google” və "Facebook” Rusiya hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməsə, Rusiya qanunlarına riayət etməsə onların saytlarına Rusiyada blok qoyula bilər.

Kilmenkoya görə, bu baş verərsə, "Yandex” kimi yerli şirkətlərin gəliri artar. 

"Yandex və başqaları daha çox qazanmağa başlayacaq. Piroqun böyük hissəsi onlara çatacaq. "Google” isə bizim piroqumuzdan yeyir” – deyə bildirib.

Klimenko Rusiya ərazisində "Telegram” messencerini də bağlamaqla təhdid edib, əgər onun sahibi Pavel Durov Rusiya hakimiyyəti ilə əməkdaşlıqdan imtina etməyə davam edəcəksə.

Xatırladaq ki, keçən ilin sonu messencerlərin fəaliyyətini məhdudlaşdıran qanun  Rusiya Dumasına təqdim edilmişdi. Qanuna əsasən messencer xidmətləri Rusiya telefon operatorları ilə müqavilə bağlamalı, Roskomnadzorla əməkdaşlıq etməlidir. 
Oxşar xəbərlər