ABŞ-ın vitse-prezidenti Vaşinqtona qayıda bilmir

  • 24 yan 2016, 12:48

ABŞ-ın şərq sahillərində tüğyan edən qar tufanı Amerika Administrasiyası rəhbərlərindən daha birinin iş qrafikində dəyişikliyə səbəb olub.

"Report” xəbər verir ki, şənbə günü axşam Ağ Evin mətbuat xidməti məlumat yayıb ki, Vaşinqtonda güclü qar yağması səbəbindən İsveçrə və Türkiyəyə səfərdən qayıdan ABŞ-ın vitse-prezidenti Co Baydenin təyyarəsi Mayamiyə (Florida ştatı) yönləndirilib.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karterin təyyarəsi də Paris və Davosdan Vaşinqtona qayıdarkən Floridaya yönəldilmişdi.

Oxşar xəbərlər