Çeçenistanda 700 minlik mitinq

  • 20 yan 2016, 21:20

Çeçenistanın paytaxtı Qroznı şəhərində 700 mindən çox insanın iştirakilə mitinq keçiriləcək.

 

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun da  dəstək verdiyi mitinqin izdihamlı olacağı bildirilir.

 

Çeçenistan Respublikası həmkarlar ittifaqlarının sədri Xusey Soltaqeriev bildirib ki, cümə günü, yanvarın 22-də keçiriləcək mitinqdə bir sıra şüarlar səsləndiriləcək: "Keçirdiyimiz monitorinqin nəticələrinə görə, aksiyaya yüz minlərlə insan qatılacaq. Mitinqin Qroznının mərkəzi meydanında keçirilməsi planlaşdırılır”.

 

Onun sözlərinə görə, aksiyanın hədəfi mürəkkəb iqtisadi şəraitdə ölkədə çaxnaşma yaratmaq istəyənlərə etirazı ifadə etməkdən ibarətdir.

 

Anar