Kabildə Rusiya səfirliyi qarşısında partlayış: 7 ölü, 25 yaralı - YENİLƏNİB

  • 20 yan 2016, 20:15
Lent.az-ın "Ria Novosti”ə istinadən məlumatına görə, Kabilin polis rəisi Əbdül Rəhma Rəhimi deyib ki, Rusiya səfirliyi qarşısında partlayış zamanı ölənlərin sayı 7-ə çatıb, 25 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
 
Terror hücumunun əsas hədəfi "TOLONews” telekanalının əməkdaşlarının olduğu avtobus olub.

 
Əfqanıstanın paytaxtı Kabildə Rusiya səfirliyinin qarşısında baş verən partlayış zamanı ən azı 1 nəfər ölüb. Lent.az-ın BBC.com-a istinadən məlumatına görə, təxminən 20 nəfər də yaralanıb. Bu barədə Əfqanıstan rəsmiləri məlumat verib.
 
Əfqanıstan Daxili İşlər Nazirinin müavini Muhammad Ayoiub Salangi isə "Twitter” hesabında hadisə zamanı 4 nəfərin öldüyü, 24 nəfərin yaralandığı haqda məlumat verib.
 
Bu, 2016-cı ilin başlanğıcından bu günə kimi Kabildə baş verən 6-cı partlayışdır.

*****

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Rusiya səfirliyinin qarşısında qeydə alınıb.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, səfirliyin qarşında dayanan maşın partladılıb. Nazirlik hədəfin Rusiya səfirliyi olub-olmadığının hələlik müəyyən edilmədiyini qeyd edib.

Partayışda ölənlərin olduğu bildirilir.
Oxşar xəbərlər