İraq hökuməti 3 ölkədən yardım istədi - Türkiyəyə qarşı

  • 19 yan 2016, 19:29
İraqın  xarici işlər naziri İbrahim Cəfəri türk əsgərlərinin Beşika düşərgəsini tərk etməsi üçün Qərbdən yardım istəyib. 

 
İraqın xarici işlər naziri İbrahim Cəfəri türk əsgərlərinin İraqdan çıxarılması üçün ABŞ, Böyük Britaniya və Fransadan kömək istəyib.

Cəfəri məsələni müzakirə etmək və kömək istəmək üçün ABŞ-ın Bağdad səfiri Stuart Jones, Fransanın Bağdad səfiri Mark Bartini və Böyük Britaniyanın Bağdad səfirinin köməkçisi Belinda Levislə görüşüb. 

Görüş zamanı Cəfəri diplomatların təmsil etdikləri ölkələrin İraqa dəstək baxımından daha aktiv rol almalarını istəyərək Türkiyənin İraq torpaqlarında olmasının narahatlıq verici bir hal olduğunu və buna dözməyin mümkün olmadığını bildirib. 

Xarici İşlər Nazirliyi tərəfindən verilən yazılı açıqlamada Cəfəri görüş zamanı Türkiyənin İraqdakı varlığının suverenliyin pozulması kimi dəyərləndirildiyini və bu ölkələrin məsələyə müdaxilə etmələri lazım olduğunu söyləyib. 
Oxşar xəbərlər