Xəbər lenti
Bütün xəbərlər

Ərdoğan: "İran məzhəb qarşıdurması yaradır"

  • 12 yan 2016, 17:28

"Rusiya İŞİD-lə mübarizə aparmır”.

 

APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Ərdoğan Türkiyənin xaricdəki səfirlərinin ənənəvi illik toplantısında çıxış edərkən deyib. O bildirib ki, Rusiya Suriyada İŞİD-lə mübarizə aparmır: "Rusiya Lazkiyədə və onun ətrafında butik Suriya dövləti qurmaq üçün özünə məkan hazırlayır və bizim ordakı soydaşlarımızı, türkmən qardaşlarımızı bombalamağa davam edir”.

 

Türkiyə prezidenti çıxışında İran-Səudiyyə Ərəbistanı münasibətlərinə də toxunub və İranı məzhəbçilik siyasətində ittiham edib: "İran məzhəb ayrılıqlarını qarşıdurmaya çevirməklə yeni və təhlükəli vəziyyət yaratmağa çalışır. İranın Səudiyyə Ərəbistanı və Körfəz ölkələri ilə münasibətlərini məqsədli olaraq gərginləşdirməsi bu strategiyanın bir hissəsidir”.

 

R. T. Ərdoğan Səudiyyə Ərəbistanında edam olunanların əksəriyyətinin sünni "Əl-Qaida" üzvləri olduğunu vurğulayaraq ayətullah Nimr əl-Nimrin və digər 3 şiənin edamının bu dərəcədə qabardılmasının doğru olmadığını söyləyib.

Oxşar xəbərlər