Türkiyədən suriyalı qaçqınlara jest

  • 11 yan 2016, 20:25
Türkiyədəki suriyalı miqrantlar üçün iş icazəsi veriləcək.

Bu sözləri Avropa İttifaqı işləri naziri Volkan Bozkır Avropa Birliyi Komissiyasının sədr müavini Frans Timmermans ilə görüşündən sonra jurnalistlərə verdiyi açıqlamasında deyib.

"Türkiyədəki suriyalılara iş icazəsi verməklə qeyri-qanuni miqrant axını üzərindəki basqını azaltmaq istəyirik. Türkiyəyə indiyə kimi qeyri-leqal yollarla gələn miqrantların sayı 150 mini ötüb. Gün ərzində təxminən 500 belə miqrant saxlanılır. Biz də bu vəziyyəti aradan qaldırmaq üçün qeyri-leqal miqrant axınını qanuni miqrant axınına çevirmək istəyirik”, - deyə Bozkır bildirib.

axar.az