Yaxın Şərqdə böyük müharibə rüzgarı... - Türkiyə araya girir

  • 06 yan 2016, 19:38
Türkiyə  Səudiyyə Ərəbistanı ilə İran arasında ortaya çıxan gərginliyi yumşaltmağa yönəlik çağırış edib.
 
Avropa.info xəbər verir ki,  Səudiyyə Ərəbistanının şiə din xadimi  Nimr ən Nimri  edam etməsi ilə başlayan, Tehrandakı Səudiyyə  səfirliyinin dağıdılması ilə  davam edən gərginlik durmadan artır.
 
Səudiyyə Ərəbistanı İran ilə əlaqələri kəsdiyini açıqlayarkən, İranın dini lideri Əli Xamneyi də Səudiyyə hakimiyyətini təhdid edən açıqlama verib.

Bu arada BƏƏ, Bəhreyn və Sudan, İran ilə diplomatik əlaqələrinin kəsildiyini, diplomatlara ölkədən çıxmaları üçün 48 saat  vaxt verdiklərini açıqlayıblar.

Ekspertlər  hesab edirlər ki, iki ölkə arasında münasibətlərin getdikcə gərginləşməsi məzhəb savaşına səbəb ola bilər, hərçənd ki, Səudiyyə ilə İran arasında rəqabət, regionda üstünlük qazanma təşəbbüsləri onsuz da çoxdan həddini aşmışdı.

Siyasi  şərhçilər  hesab edirlər ki, Türkiyə də İranın məzhəbçi  ekspansiyasından narahatdır. Hər iki dövlət Suriyada  bir-birinə əks tərəfdə olan qüvvələri dəstəkləyirlər. Bu baxımdan İranın regional ambisiyaları Türkiyə və Səudiyyə  Ərəbistanını bir-birinə yaxınlaşdırır. Ancaq  Türkiyə regionda məzhəb savaşının çıxmasını istəmir və bunun üçün artıq çalışmalarına start verib. 

Belə ki,Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş hər iki dövlətə müraciət edib.

"Səudiyyə Ərəbistanı və İran regionun iki mühüm ölkəsidir. Bu iki ölkə arasındakı siyasi gərginlik, onsuz da barıt çəlləyinə dönmüş regionumuzda sülhə töhfə verməz. Hər iki ölkənin problemi müzakirə ilə həll etmələrini istəyirik" deyə Kurtulmuş qeyd edib.
Oxşar xəbərlər