Güləndən Hillari Klintona 1 milyon dollarlıq ianə

  • 03 yan 2016, 15:01
"Xidmət” hərəkatının Amerikada olan lideri Fətullah Gülən yaşadığı ölkədə keçiriləcək prezident seçkisi öncəsində demokratların namizədi Hillari Klintona 1 milyon dollarlıq ianə verib.

Bu barədə yerli "Daily Caller” qəzeti xəbər yayıb.

Qəzet xəbəri manşetdən, "İmam amerikalıların vergi pullarını Hillari Klintonun kampaniyasına transfer edir. Hillari pulu geri qaytarmaq təzyiqi altında” – başlığı ilə nəşr edib.

Xəbərdə "imam” kimi bəhs edilən şəxsin Fətullah Gülən olduğu bildirilir. Gülən dəstəkçilərinin Klintona prezident seçkisi kampaniyası üçün ianə verdiyi, Gülən – Klinton münasibətlərinin araşdırıldığı da xəbərdə qeyd edilib.

Araşdırmanı aparan müxbir Fətullah Gülənin keçmiş fəaliyyəti barədə də geniş məlumat verib.

Bir müddət əvvəl Türkiyədəki kurslarının bağlanması istiqamətində qanun layihəsi hazırlıqları başlayarkən Fətullah Gülən qrupu ilə Ərdoğanın rəhbərlik etdiyi AKP hökuməti arasında gərginlik yaşanmışdı. 2013-cü il dekarın 17-də Fətullah Gülənə bağlı bəzi polislər baş nazir və daxili işlər nazirlərinə xəbər vermədən ölkədə rüşvət və korrupsiya əməliyyatı keçiriblər. Hakimiyətə yaxın mətbu orqanların yazdığına görə, bu əməliyyatlar zamanı əsas məqsəd dövlət çevrilişi olsa da buna nail olunmayıb.

Bundan sonra Türkiyə Daxili İşlər Nazirliyi axtarışda olan terrorçuların siyahılarının dərc olunduğu sayta "FETÖ” (Fetullahçı Terror Örgütü) və "PDY” (Paralel Dövlət Yapılanması) təşkilatlarının lideri kimi Fətullah Gülənin adını da daxil etmişdi.

anspress