İran qarşı sanksiyalar dayandı

  • 02 yan 2016, 10:35
Ağ Ev balistik raket proqramı həyata keçirən İrana qarşı tətbiq eləmək istədiyi sanksiyaları təxirə saldı.

Demokratik.Az-ın məlumatına görə, Vaşinqton İranın nüvə tədqiqtları ilə bağlı əldə edilən müqaviləni təhlükəyə soxmamaq üçün bu addımı atıb.

"The Wall Street Journal"ın yazdığına görə, ABŞ maliyyə nazirliyi hazırladığı maliyyə sanksiya planının təxirə salındığını, ancaq ləğv edilmədiyi bildirib. 

Məlumata görə, ABŞ rəhbərliyi İranın balistik raket proqramı ilə əlaqəsi olan Honkonq vəBirləşmiş Ərəb Əmirlikləri şirkətləri haqqında da sanksiyalar hazırlayır.İran ballistik raketləri sınaqdan çıxarır

Hüquqi sanksiya planlarının İranın nüvə tədqiqatları barəsində əldə edilmiş müqavilələri tətbiqinə əhəmiyyətli şəkildə maneə ola bilər. Bunun isə Vaşinqton ilə Tehran arasındakı əlaqələrin pozulmasına yol aça biləcəyi qeyd edilir. 2015-ci ilin iyul ayında İran ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, RusiyaÇinİngiltərəFransa və Almaniyadanibarət olan 5 + 1 qrupu arasında bağlanan müqavilədə İranın nüvə proqramının nəzarət altına alınması müqabilində Qərb tərəfindən tətbiq olunan sanksiyaların aradan qaldırılması nəzərdə tutulur .

İranla imzalanmış müqavilədən sonra Tehran iki balistik raket sınağı həyata keçirib. Fransız mətbuatına müsahibə verən ABŞ rəsmilərindən biri Ağ Evin İranın balistik raket proqramını nəzarətə götürdüyünü problemin həlli üçün diplomatik yolların nəzərdən keçirildiyini bildirib.

 

Demokratik.Az