Ərdoğan da Hacı oldu-Kəbəni ziyarət etdi

  • 30 dek 2015, 22:02
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında ümrə ziyarətində olub.  

Prezident Ərdoğan rəsmi səfərdə olduğu Səudiyyə Ərəbistanında ümrə ziyarətini yerinə yetirib. 

Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləzizin əmri ilə Ərdoğan və onun heyəti üçün Kəbənin qapıları açılıb. 

Ərdoğan Ciddə şəhərində Kral Əbdüləzizi beynəlxalq hava limanında olan kral ailəsinə aid qonaq evində ehrama girərək Məkkəyə doğru hərəkət edib. 

Ərdoğanı ümrə ziyarəti əsnasında xarici işlər naziri Mövlud Çavuşoğlu, energetika və təbii sərvətlər naziri Berat Albayrak və iqtisadiyyat naziri Mustafa Elitaş  müşayət ediblər.

Oxşar xəbərlər