Suriyadakı üsyançıların başına yeni başçı gəldi

  • 27 dek 2015, 11:36

"Çeyş əl-İslam" qrupunun yeni komandiri Əbu Humam adı ilə də tanınan İssam əl-Buvayda olacaq.

BBC xəbər verir ki, "Ceyş əl-İslam"ın qurucusu 44 yaşlı Zəhrun Alluş ötən gün Suriyaya endirilən hava zərbələri zamanı həyatını itirib. Dəməşq yaxınlığında həyata keçirilən xüsusi hava əməliyyatında bir neçə səhra komandiri də öldürülüb. Onların arasında Zəhrun Alluşun müavinləri də var.

"Əl-Arabiya" televiziyası üsyançıların toplaşdığı qərargahın raket zərbələrinə məruz qaldığını bildirir.

"Ceyş əl-İslam" Suriyada ən iri üsyançı qruplarından biridir. Qruplaşma daha çox Dəməşq ətrafında fəallıq göstərir.

Qeyd edək ki, Zəhrun Alluş Suriya münaqişəsinin dinc yolla nizamlanması üzrə Səudiyyə Ərəbistanında keçirilən görüşün iştirakçılarından idi. 

Oxşar xəbərlər