Ər Ramadidə İŞİD liderlərindən birini əsir götürüblər

  • 27 dek 2015, 10:28
İraq ordusu Ər Ramadi şəhərində İŞİD terror qruplaşmasının liderlərindən birini əsir götürüblər. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saxlanılan terrorçunun kimliyi hələlik aşıqlanmır.  
 
Qeyd edək ki, İraq ordusu ölkənin qərbindəki Anbar əyalətində terrorçulara qarşı irimiqyaslı əməliyyatı davam etdirir. Əməliyyata Hərbi-Hava Qüvvələri, könüllü dəstələr və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviasiyası cəlb olunub.  İraq ordusu dekabrın 22-dən əyalətin inzibati mərkəzi hesab edilən Ər Ramadi şəhərinin mərkəzinin terrorçulardan təmizlənməsi əməliyyatına başlayıb.