AB Gürcüstanla bağladığı sazişi ratifikasiya etdi

  • 24 dek 2015, 20:59

 

Gürcüstanın Avropa İttifaqı ilə imzaladığı assosiasiya sazişi Avropa İttifaqının bütün dövlətləri tərəfindən ratifikasiya edilib.

Bu barədə Gürcüstan parlamentinin sədri David Usupaşvili bildirib. "Brüsseldən yaxşı xəbərlər gəlib. Belçika ratifikasiya prosesini yekunlaşdırmayan sonuncu Avropa İttifaqı ölkəsi idi ki, o da artıq sazişi ratifikasiya edib”, - deyə D. Usupaşvili söyləyib.

Qeyd edək ki, Gürcüstan Avropa İttifaqı ilə assosiasiya sazişini 27 iyun 2014-cü ildə imzalayıb.

APA