Xəbər lenti
Bütün xəbərlər

Arxiv açıldı: SSRİ 269 nəfəri niyə öldürdü?

  • 24 dek 2015, 20:56
Yaponiyanın Xarici İşlər Nazirliyi ötən əsrin 70-80-ci illərinə aid olan bir sıra sənədləri məxfilikdən çıxarıb.

Onlardan bəziləri Cənubi Koreyaya məxsus Boinq-747 təyyarəsinin 1983-cü ildə SSRİ tərəfindən vurulması ilə bağlıdır.

Məxfilikdən çıxardılan sənədlərə görə, ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi Yaponiya Xarici İşlər Nazirliyinin əməkdaşlarına gizli şəkildə bildirib ki, Sovet İttifaqı təyyarəni Amerika hava kəşfiyyatçısı ilə səhv salaraq vurub.

Amma Vaşinqtonun rəsmi bəyanatlarında hücum versiyası səsləndirilib.

Eyni zamanda, Yaponiya hərbi kəşfiyyatının yüksək vəzifəli keçmiş əməkdaşı İosiro Tanaka tərəfindən 1997-ci ildə səsləndirilən versiyaya əsasən, ABŞ sərnişin laynerindən kəşfiyyat aləti kimi qəsdən istifadə edib. Bu versiyaya görə, təyyarə uçuş dəqiqəsində Amerika xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirirmiş.

İosiro Tanaka belə nəticəyə gəlib ki, Amerika xüsusi xidmət orqanları SSRİ-nin adətən "susan” və məxfiləşdirilmiş hava hücumundan müdafiə sistemini aşkarlamaq üçün sərnişin təyyarəsini Sovet hava məkanına şüurlu olaraq göndərib. Tanaka vurğulayır ki, ABŞ o zaman SSRİ-nin Uzaq Şərqdəki hava hücumundan müdafiə sistemini öyrənmək üçün səy göstərirdi. Müdafiə sistemi 1982-ci ildə müasirləşdirilmiş və əhəmiyyətli dərəcədə gücləndirilmişdi.

Qeyd edək ki, 1983-cü il sentyabrın 2-də Sovet ordusu Koreya hava yollarına məxsus Boinq-747 təyyarəsini Saxalin adası yaxınlığında vurub. ABŞ konqresmeni Larri Mak Donald da daxil olmaqla, təyyarədə olan 269 nəfərin hamısı həlak olub/publika.az/.
Oxşar xəbərlər