Ərdoğandan Rusiya və İrana sərt ittihamlar

  • 20 dek 2015, 10:52
Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan  Rusiya və İranı növbəti dəfə sərt tənqid edib.
 
Ərdoğan Suriyada 400 min insanın qətlə yetrildiyini bildirib.

"Suriyada 400 min günahsız insan qətlə yetirilir. 12 milyon günahsız insan evindən, yurdundan qovulur. Müsəlmanam deyən birləri hələ də zalımın yanında yer almağı, zülmü təşviq etməyi davam etdirir. İŞİD-i bəhanə edərək, İslama zərbə vururlar.
  
Suriya bombalayan bir ölkənin əməliyyatlarına baxırıq. 10 faiz İŞİD-i , 90 faiz içində türkmən qardaşlarımızın də olduğu müxalifi qrupları, yəni müsəlmanları hədəf alırlar. Kimsə, kimsəni aldatmasın. Suriya İŞİD bəhanəsi bəzi dövlətlərin güc mübarizəsi meydanına çevrilib. Hamı bu savaşda rol almağın arxasınca qaçır. Amma ölən günahsız insanlar var. Ölən uşaqlar, körpələr, qadınlar, sökülən məktəblər, məscidlər var. Amma hər gecənin bir səhəri olduğu kimi, bütün bunların da sonu olacaq." deyə Ərdoğan qeyd edib.
Oxşar xəbərlər