Rusiyada dəhşətli yanğın: 21 ölü

  • 13 dek 2015, 10:28

Rusiyanın Voronej vilayətində psixonevroloji dispanserdə güclü yanğın baş verib.

 

Demokratik.Az-ın APA-ya istinadən məlumatına görə, baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 21-ə çatıb.

 

"Hazırda yanğın qurbanlarının sayı 21 nəfərdir”, - Rusiya FHN-nin Regional Mərkəzindən bildirilib. 

 

 Məlumata görə, hazırda itkin düşmüş hesab edilən daha 2 nəfərin axtarışları davam etdirilir.  Ölənlərin əksəriyyətinin, əsasən, yataq xəstəsi olduğu bildirilir.

 

Yanğın zamanı tibbi personalın xəsarət almadığı qeyd olunur: "Tibbi personaldan 4 nəfər xilas olunub. Onlar 55 xəstənin binadan çıxarılmasına kömək ediblər”. 

 

Bundan əvvəl yanğın zamanı 9 nəfərin öldüyü bildirilmişdi. 

 

İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlıqda  nasazlıq olub.

 

İnsidentlə əlaqədar  Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb.