İraqda Türkiyə bayrağına od vuruldu

  • 12 dek 2015, 22:12
Bu gunü İraqın paytaxtı Bağdadda Türkiyə əleyhinə etiraz aksiyası keçirilib. Təhrir meydanına toplaşan yüzlərlə etirazçı, Türkiyə əleyhinə şüarlar səsləndirib və türk bayraqlarına od vurublar.

Bədir hərəkatının lideri Hadi əl-Amiri, Türkiyənin Mosula hərbçi göndərməsini qəbul etmədiklərini, İraqın suverenliyini və ərazi bütövlüyünü hədəf alan hər kəsə qarşı mübarizə aparacaqlarını bildirib.

Türkiyə əleyhinə keçirilən etiraz aksiyasına İraqın keçmiş baş nazir Nuri əl-Maliki də qatılıb.
Oxşar xəbərlər