Bilal Ərdoğan Rusiyanın ittihamlarına cavab verdi

  • 08 dek 2015, 22:19
Türkiyə və Rusiya arasında yaşanan gərginliyin ardından Putinin prezident Ərdoğan və ailəsinə qarşı səsləndirdiyi ittihamlara Bilal Ərdoğan ilk dəfə münasibət bildirib. İtalyanın "Corriere Della Sera” qəzetinə müsahibə verən Bilal Ərdoğan, ittihamları rədd edib:

"Ofis inşa edirəm, neft satışı ilə məğul olmuram. Mənim nə dəniz ticarəti ilə, nə də Ceyhanla əlaqəm var. İŞİD mənim ölkəmin düşməni, bir utanc qaynağıdır. Onlar İslamı təmsil etmir. Mən onları müsəlman kimi qəbul etmirəm. ”

"BMZ şirkəti dəniz daşınması həyata keçirmirmi?” sualına, "BMZ bir tikinti şirkətidir. İstanbulda ofis inşa edirik. 

Rusiyada bir sifarişçi üçün gəmilər, çay tankerləri inşa etmək üçün müqavilə bağlamışıq, amma onları biz işlətmirik. Aralıq dənizidə, Suriyada və İraqda heç bir iş görmürük”,-deyə Bilal cavab verib.

"Qardaşınız Burakın şirkətini nəzərdə tuta bilərlərmi?” sualına isə Ərdoğan, "Onun bir kargosu var, neft üçün istifadə edilmir”,-deyə bildirib.