Çinin şimal-qərbində güclü zəlzələ baş verib

  • 06 dek 2015, 12:40
Çinin şimal-qərbində 5,2 bal gücündə zəlzələ baş verib.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Qazaxıstanla həmsərhəd Sintzan-Uyqur avtonom bölgəsində yerləşib.

Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib.