"Onu bir qəhrəman kimi qarşılayacağıq"

  • 04 dek 2015, 08:46
İranın dini lideri Xamneyinin baş müşaviri Vilayəti Suriya prezidenti Bəşər Əsəd haqda sensasion açıqlama verib. 

Demokratik.Az-ın məlumatına əsasən molla rejiminin rəsmisi Əli Əkbər Vilayəti əli yüz minlərlə insanın qanına batmış Suriya prezidentinin mövqeyini açıq şəkildə müdafiə edərək onun İrana gələ biləcəyini söyləyib. 

Livanın əl-Məyədin televiziyasına müsahibə verən Vilayəti, ölkəsinin Əsədi Tehranda qonaq etməyə hazır olduğunu bildirib. 

"Əsədin Suriyada olması zəruridir. Ancaq Suriya prezidenti istəsə biz onu İranda qonaq etməyə hazırıq. Onun özünün fikrini də nəzərə alaraq ölkəsini müdafiə etməyi tərk etməsini istəmirik. İrana gəlmək istəsə onu bir qəhrəman kimi çox isti qarşılayacağıq. Çünki o ötən 5 il ərzində xalqını və ölkəsini müdafiə etdi."

O müsahibəsi zamanı Türkiyənin rus təyyarəsini vurması məsələsinə də münasibət bildirərək Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının qanuni olduğunu müdafiə edib.

Oxşar xəbərlər