"Türk Hava Yolları" təyyarəsi təcili eniş etdi - Terror qorxusu

  • 22 noy 2015, 19:03

 

"Turkish Airlines” aviaşirkətinə məxsus təyyarə Kanadanın Halifaks şəhərinə təcili eniş edib.

Nyu-Yorkdan İstanbul istiqamətində hərəkətdə olan "Airbus A330” terror təhlükəsi səbəbindən təcili eniş istəyib.

Təhlükə barədə məlumat təyyarə uçduqdan və eşelona çıxdıqdan sonra son dərəcə yüksəklikdə olduğu zaman daxil olub.

Layner uğurlu eniş edib, zərər çəkən olmayıb. Təyyarəyə fövqəladə xidmətin əməkdaşları cəlb edilib.
Oxşar xəbərlər