Xəbər lenti
Bütün xəbərlər

Türkiyə Çindən raket almaq fikrindən daşınıb

  • 15 noy 2015, 21:21
ürkiyə Çin istehsalı olan raketləri almaq fikrindən daşınıb.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, 4 milyar dollar dəyərindəki bu müqavilə ilə bağlı uzun müddət aparılan danışıqlar Türkiyə tərəfinin qərarı ilə dayandırılıb.

"Milli Raket Layihəsi"nə üstünlük verəcəyini açıqlayan rəsmi Ankara, raketlərin xaricdən idxalı ilə bağlı tenderin keçirilməyəcəyini bildirib.

Qeyd edək ki, Türkiyənin Çindən raket idxalına dair müqaviləsinə ABŞ və NATO-ya üzv olan bir neçə dövlət etiraz etmişdi.
Oxşar xəbərlər