"Onlara qarşı hərbi əməliyyat planımız var, görəcəksiniz" - Türkiyədən İŞİD-ə müharibə xəbərdarlığı

  • 05 noy, 08:25
  • baxış sayı: 392

 

"Yaxın günlərdə İŞİD-ə qarşı hərbi əməliyyatlar həyata keçirmək  planlarımız var. Görəcəksiniz."

Bu sözləri Türkiyənin xarici işlər naziri  Firuddin Sınırlıoğlu deyib.

Sınırlıoğlu Türkiyənin sərhədləri yaxınlığında olan İŞİD-in onlar üçün təhdid olduğuna diqqət çəkib. 

PKK-dan danışan Sınırlıoğlu, bu qruplaşmaya qarşı əməliyyatların davam etdiriləcəyini deyib.

"PKK Türkiyədə terroru yaymaq istəyən bir terror təşkilatıdır. Onlar Türkiyədə heç bir kürdü təmsil etmirlər. PKK-nın "həll prosesi"ndə iştirakı yolverilməzdir. "Həll prosesi"ni aparmaq üçün hər kəsin razı qalacağı bir heyət təşkil etməliyik. Abdullah Öcalan həbsxanadan bütün PKK-çıların ölkəni tərk edəcəyi bəyanatını verdi. Lakin, bu baş vermədi. Əksinə, yenidən  terror hücumlarını aktivləşdirdilər. Şübhəsiz ki, buna cavab vermək lazım idi və layiqincə də cavab verdik. Bu əməliyyatlar bundan sonra da davam edəcək."

Oxşar xəbərlər