Xəbər lenti
Bütün xəbərlər

Özbəkistan prezidenti Putini sərt tənqid etdi

  • 15 okt 2015, 13:37
Özbəkistan prezidenti İslam Kərimov Suriyada həyata keçirdiyi əməliyata görə Rusiyanı sərt tənqid edib. Bu barədə Regnum-a Özbəkistanda akkreditasiya olunan diplomatik nümayəndələrdən birinin rəhbəri məlumat verib. "Bəzi ölkələr düşünür ki, düz hərəkət edir. Ancaq harasa girməkdən əvvəl ordan necə çıxmaq barədə düşünmək lazımdır. Müasir silah istifadə etməyinlə də qürurlanmaq lazım deyil, bu təhlükəlidir”, – deyə Kərimov rəsmi tədbirdə bildirib.

Kərimov konkret ölkə adı çəkməyib. Lakin tədbirdə iştirak edənlər onun Rusiyaya işarə vurduğunu anlayıb.
Oxşar xəbərlər