Bolqarıstandan "Türk axını"na dəstək

  • 20 iyun 2015, 07:13
Bolqarıstan tərəfi öz ərazisində qaz xabının yaradılması məsələsini qaldırıb.  Bu barədə RİA-Novosti Rusiyanın energetika naziri Aleksandr Novaka istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, xab "Türk axını”nın ("Cənub axını”) tərkib hissəsi olacaq.

"O (Bolqarıstanın energetika naziri Temenujka Petkova) Bolqarıstanda xabın inşası ilə bağlı öz təklifini verib. Onlar qaz xabı Bolqarıstanda olmaqla  "”Cənub axını”nı, "Türk axını”nı qaytarmaq istəyirlər” – bildirib Novak.

Qeyd edək ki, Avropa Birliyi və ABŞ "Türk axını”nın reallaşmasına qarşıdır və tranzit ölkələrə bununla bağlı təzyiqlər edir.
Oxşar xəbərlər