Poroşenko Sakaşviliyə Ukrayna vətəndaşlığı verdi

  • 30 may 2015, 22:42

Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti Mixail Saakşviliyə Ukrayna vətəndaşlığı verib.

 

 

Musavat.com-un Ukrayna qaynağına istinadən verdiyi xəbərə görə, müvafiq sərəncam prezidentin saytında yerləşdirilib.

"Ukrayna Konstitusiyasının 106-cı maddəsinin 26-cı bəndi və "Ukrayna vətəndaşlığı” haqqında Qanunun 9-cu maddəsinə uyğun olaraq qərara alıram: Gürcüstan kökənli, 1967-ci il təvəllüdlü, Kiyevdə yaşayan Saakaşvili Mixail Ukrayna vətəndaşlığına qəbul edilsin” – sərəncamda deyilir.

Qeyd edək ki, Saakaşvilinin bir gün öncə Odessa vilayətinin qubernatoru təyin edilməsi xəbəri yayılıb. Poroşenkonun onu odessalılara şəxsən təqdim edəcəyi gözlənilir.

Oxşar xəbərlər