Xəbər lenti
Bütün xəbərlər

Ukraynada girov götürülən azərbaycanlı tələbələr azad edildi

  • 30 may 2015, 20:24
Onlar mayın əvvəlində silahlılar tərəfindən girov götürülüblər.

Ukraynanın Donetsk şəhərində iki azərbaycanlı tələbə silahlılar tərəfindən girov götürülüb. Onlar bir müddət saxlandıqdan sonra danışıqlar nəticəsində azad olublar.
 

Demokratik.Az xəbər veir ki, Donetsk Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, bunlar Ukrayna vətəndaşları, Donetsk Dövlət Sağlamlıq, Bədən Tərbiyəsi və İdman İnstitutunun tələbələri, 20 yaşlı Natiq Quliyev və İlqar Aslanovdur.
 

Onlar mayın əvvəlində silahlılar tərəfindən girov götürülüblər.
 

Tələbələr aparılan danışıqlar nəticəsində 6 gün əvvəl azad olunublar. Onların səhhətində heç bir problem yoxdur.

Oxşar xəbərlər