Avropa Əsəd rejiminə qarşı sanksiyaları 1 il də uzatdı

  • 29 may 2015, 21:28

 

Avropa Birliyi (AB) Bəşər Əsəd rejiminə və onun dəstəkçilərinə qarşı sanksiyaların müddətini bir il də uzadıb.

Qurum bildirir ki, buna səbəb Suriyada vəziyyətin gündən-günə pisləşməsidir. Avropa Birliyi Şamda mülki vətəndaşlara qarşı zorakılığa yol verən yüksək rütbəli bir suriyalı zabiti də sanksiyalar siyahısına daxil edib.
 
2016-cı il iyunun 1-dək uzadılan sanksiyalarda Suriyaya silah və neft embarqosu qoyulub. Sanksiyalarda həmçinin Əsəd başda olmaqla 200-dən artıq şəxsə viza qadağası, ölkənin 70-ə qədər şirkətinin mal varlığına isə həbs qoyulub. Avropa Birliyinin bu qərarı mayın 30-dan qüvvəyə minmiş sayılacaq.
Oxşar xəbərlər