Xəbər lenti
Bütün xəbərlər

Kraliçadan qalmaqallı açıqlama

  • 28 may 2015, 10:41
Böyük Britaniya kraliçası II Yelizaveta hökumətin ölkənin Avropa Birliyinə üzvlüyü ilə bağlı referendum keçirilməsi barədə qanun qəbul edəcəyini bildirib.

Kraliça bu haqda ölkə parlamentində çıxışında deyib. II Yelizaveta referendumun 2017-ci ilin sonunadək keçiriləcəyini qeyd edib.

"Mənim ölkəm Birləşmiş Krallığın Avropa Birliyi ilə münasibətlərinə yenidən baxacaq və bütün üzv ölkələrin xeyri, maraqları naminə bu birlikdə islahatlara çalışacaq”, - deyə kraliça II Yelizaveta vurğulayıb. Kraliça həmçinin qeyd edib ki, Böyük Britaniya Ukraynanın şərqindəki vəziyyətə görə, Rusiyaya təzyiqləri davam etdirəcək.

Mayın 7-də Böyük Britaniyada keçirilən parlament seçkisində baş nazir David Kemeronun mühafizəkar partiyası qalib gəlib.

Avropa Birliyinə üzvlüklə bağlı referendum keçirilməsi onun seçkiqabağı vədlərindən biri olub. Demokratik.Az

Oxşar xəbərlər