Xəbər lenti
Bütün xəbərlər

Ölü morqda dirildi

  • 27 may 2015, 21:01

Tibb bacısı hərəkətsiz yatan 68 yaşlı kişinin öldüyünü zənn edib

Qazaxıstanda ürək tutmasından öldüyü zənn edilən pensiyaçı morqda oyanıb. 68 yaşlı kişi vərəm dispanserində pnevmoniyadan müalicə olunurdu. Yüksək dozalı preparatlardan istifadə yaşlı kişinin səhhətinə mənfi təsir edib. Dərmanların təsirindən şoka düşən kişinin öldüyü zənn edilib. 

Kişinin qızı İrina Qreçko hadisə barədə danışaraq atasının başına gələnləri təsvir edib: "Atam indiyə qədər bu hadisəni xatırlayanda halı pis olur. O özünə gələndə anlayıb ki, onu morqa aparıblar". 

 İrina Qreçkonun sözlərinə görə, tibb bacısı yaşlı kişinin hərəkətsiz vəziyyətdə görüb və onun infarkt keçirdiyini zənn edib. Daha sonra tibb bacısı yaşlı kişini morqa göndərib. Orada isə pensiyaçı kişinin oyanması həkimləri şoka salıb. Bu anlaşılmazlıqdan sonra pensiyaçıya səs-küy salmamağı məsləhət görüblər. 
 Qeyd edək ki, bu ilk belə hadisə deyil. Anoloji hadislər bir neçə ölkədə də baş verib. Bəzən insanlar həkimlərin diqqətsizliyi ucbatından bu cür xoşagəlməz sürprizlərlə qarşılaşırlar.