Türkiyədə meşə yanğınları - təxribat versiyası ciddiləşir

  • 25 iyun 2022, 10:29

İlham İsmayıl: “Türkiyənin həm daxildə, həm də xaricdə kifayət qədər düşməni, ona zərər vurmaq istəyən terror təşkilatları var”

İyunun 21-dən Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda meşə yanğınları başlayıb. Son məlumata görə, yanğının söndürülməsinə 253 yanğınsöndürən maşın, 26 su tankeri olmaqla, ümumilikdə 598 texnika cəlb olunub. Həmçinin 27 helikopter, 14 təyyarə və 2 604 canlı qüvvə yanğınsöndürmə əməliyyatında iştirak edir.

Prezident Rəcəb Tayyib Ərdoğan da əraziyə baş çəkib. Yanğının təxribat nəticəsində baş verib-vermədiyi ilə bağlı açıqlamasında daxili işlər naziri Süleyman Soylu araşdırma aparıldığını bildirmişdi. Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi yanğının qəsdən törədilməsi ilə bağlı şübhələrin olduğunu istisna etməyib. 

Bu arada Türkiyə mətbuatında yanğını qəsdən törətməkdə şübhəli bilinən bir nəfər saxlanılması barədə xəbər yayılmışdı. Ötən gün rəsmi açıqlama ilə xəbər təsdiqini tapıb. Belə ki, daxili işlər naziri S.Soylu şəxsin ailə münaqişəsi ilə əlaqədar qəzəbli olduğu və bu səbəbdən meşəliyə od vurduğunu söylədiyini bildirib: “Bu olaydan şübhəli şəxs vardı. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi ələ keçiriblər. Əlində 2 benzin bidonu da vardı. Şübhəli şəxs bunu etiraf edib”, - deyə açıqlamada deyilir.

Rauf Sultanov: “Sərsəng su anbarı Azərbaycanın ən böyük problemlərindən  birinə çevrilib” – AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM  ASSOSİASİYASI

Rauf Sultanov 

Azərbaycanda Dövlət Pedaqoji Universitetinin professoru, Azərbaycan Ekologiya Standartları Monitorinq Fondunun prezidenti Rauf Sultanov “Yeni Müsavat”a bildirdi ki, atmosferin çirklənməsində ən böyük pay meşə yanğınları ilə bağlıdır: “Meşə yanğınlarının baş verməsinin iki əsas səbəbi var: antropogen və təbii səbəblər. Bəzi bitkilər çox isti havada alışıb yana bilər. Yanğın başlayan kimi müdaxilə olunsa, bəlkə də qarşısı alına bilər. Türkiyədə də meşəlik ərazilər çoxdur. Atmosferə buraxılan karbon qazının 60%-i meşə yanğınları ilə bağlıdır. Azərbaycanda ixtisaslaşmış təyyarələr var ki, onlardan biri Türkiyəyə kömək etmək üçün göndərilib”.

Sultanov həmçinin qeyd edib ki, Azərbaycan ərazisinin 12%-i meşələr təşkil edir: “Ölkədə meşə yanğınları əksər hallarda qalanan odun söndürülməməsi nəticəsində baş verir. Milli parklar, qoruqlarda yanğınların baş verməməsinə xüsusi nəzarət edilməlidir. Meşəlik ərazilərimiz seyrək olduğu üçün yanğının qarşısını almaq üçün uzun müddət lazım olmur”.

İlham İsmayıl: “Yaşasın Qarabağı Azərbaycana verəcək hansısa… yan!”  Pravda.az

İlham İsmayıl 

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl mövzunu şərh edərkən bildirdi ki, dünyanın bir çox ölkələrində tez-tez meşə yanğınları baş verir: “Meşə yanğınları əsasən yay aylarında baş verir.  Türkiyədə  ötənilki yanğınlar daha geniş miqyaslı idi. Yanğının qəsdən törədilməsi versiyalardan biridir. Bu, mümkündür. Türkiyənin həm daxildə, həm də xaricdə kifayət qədər düşməni var. Türkiyəyə zərər vermək istəyən terror təşkilatları var ki, dəfələrlə daxili təxribatlar etməyə cəhd göstəriblər. Eyni zamanda son günlər Türkiyə və Yunanıstan arasında münasibətlər gərginləşib. Ötən il Yunanıstanda ciddi yanğınlar baş vermişdi. Bu baxımdan şübhə olması təbii haldır. Versiyalar araşdırılır, ya təsdiqlənir, ya da təkzib olunur. Hətta Azərbaycanda təbii hadisələr verəndə terror, yaxud qəsdən törədilmə barədə şübhələr səslənir. Hadisənin baş vermə səbəbləri açıqlanmadıqda bu kimi fikirlərin yayılması normaldır. Türkiyədə də müvafiq araşdırmalar bitdikdən sonra cəmiyyətə açıqlama veriləcək”. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Muğlaya yola düşüb. FHN-in Aviasiya dəstəsinin rəisi, general-mayor Əşrəf Qasımov bildirib ki, təyyarə ötən il də Türkiyədə baş verən yanğının söndürülməsinə iştirak edib: “Bu, yanğınların söndürülməsində ən effektiv təyyarədir. Təyyarə suyun üzərində durmadan 18-20 saniyəyə 12 ton su götürmə həcminə malikdir. Suyu götürərək yanğın bölgəsinə yol düşür. Təyyarə bu gündən etibarən qardaş ölkə Türkiyədə yanğınların söndürülməsində iştirak edəcək”.

Amfibiya tipli mülki təyyarələr sırf fövqəladə hallar üçündür. Adətən yanğınlar zamanı xüsusi helikopterlərdən istifadə olunur. Amfibiya təyyarələrinin üstünlüyü odur ki, su tutumu çoxdur. Helikopterlər 3 ton su tutumuna malikdirlərsə, amfibiya təyyarələri bir hərəkətlə 12 ton su yığa bilir. Belə təyyarələrin istehsalı ən azı 25 milyon dollara başa gəlir. Yəni amfibiya təyyarələrinin həm istehsalı, həm də istismarı xeyli vəsait tələb edir. Azərbaycan amfibiya təyyarəsini 2008-ci ildə alıb. Fövqəladə Hallar Nazirliyinin balansında bu tipli iki təyyarə var.
“Yeni Müsavat”

Oxşar xəbərlər