Ukrayna və Rusiya əsir mübadiləsi həyata keçirib

  • 18 iyun 2022, 21:00

Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib. “Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş Kəşfiyyat İdarəsi bildirib.

Məlumata görə, Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahı 5-ə 5 düsturuna əsasən 5 vətəndaşı azad edə bilib.

"Sərbəst buraxılanların hamısı qanunsuz saxlanılan mülki şəxslərdir", - Qərargahın açıqlamasında deyilir.

Əsirlərin dəyişdirilməsi ilə yanaşı, ölən ukraynalı əsgərin meyitini geri qaytarmağa nail olunub.

Bundan əvvəl iyunun 10-da Rusiya ilə “5-ə 4” düsturuna əsasən məhbus mübadiləsi aparılıb.


Oxşar xəbərlər