Reyqanı qətlə yetirən şəxs 41 il sonra azadlıqdadır

  • 16 iyun 2022, 09:01
Kolumbiya Federal Məhkəməsi 1981-ci ildə ABŞ prezidenti Ronald Reyqana sui-qəsdə cəhd etmiş Con Hinklinin üzərindən bütün ittihamları götürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
“Nəhayət 41 il, 2 ay, 15 gün sonra azadlıqda” – deyə Hinkli Tvitterdə yazıb. O, gələn ay Nyu-Yorkda konsert verməyi planlaşdırır.
Hinkli bildirib ki, o, yaxın vaxtlarda konsert verəcək və həbsdə yazdığı mahnılarını ifa edəcək.
Onun tam azadlığa buraxılması barədə qərar psixi problemlərinin tanınması, habelə şərti azadlığa buraxılma şərtlərinə tam əməl etməsi əsasında qəbul edilib. Reyqanın yaxınları bu qərara qarşı çıxıblar.
Hinkli 30 mart 1981-ci ildə Vaşinqtonda Hilton otelinin yaxınlığında Reyqana altı atəş açıb. Hücum nəticəsində həm dövlət başçısı, həm də onun mətbuat katibi, həmçinin bir polis əməkdaşı və Məxfi Xidmətin nümayəndələri yaralanıb.
Ehtimal olunur ki, Hinkli Robert De Niro və Codi Fosterin birlikdə çəkildiyi "Taksi sürücüsü" filmindən təsirlənərək bu cinayətə əl atıb. O, baş qəhrəmanı həyatda təkrarlamaq üçün prezidentin qətlini planlaşdırıb.
Oxşar xəbərlər