Xəbər lenti
Bütün xəbərlər

Mübariz Mənsimovun tankeri Ukraynada "ilişib"

  • 26 may 2015, 19:24
Ukraynanın İzmail şəhərində azərbaycanlı oliqarx Mübariz Mənsimovun şirkəti olan "Palmali”yə məxsus tanker saxlanılıb.

Bu tankerin saxlanmasına səbəb onun qadağan olunan Krım limanlarına daxil olmasıdır. 

Məlumata əsasən il ərzində Krım limanlarına 15 ölkədən 165 ticarət gəmisi daxil olub. Bu gəmilərdən 44-ü birbaşa olaraq Türkiyə ilə bağlıdır. Bütün bu gəmilərTürkiyədən olan operatorlar və ya sahibkarlara məxsusdur. 

Ukraynanın ərazi bütövlüyünü pozan şirkətlər arasında azərbaycanlı oliqarx Mübariz Mənsimova məxsus "Palmali” şirkəti liderlik edir. 

Krım sahillərində "Palmali” şirkətinə məxsus yeddi gəminin üzdüyü qeydə alınıb. Onlardan yalnız "Palflot 5” gəmisi Krıma 6 dəfə yük daşıyıb. 

Oxşar xəbərlər