Qod Nisanov Yəhudi Konqresindəki vəzifəsindən kənarlaşdırıldı

  • 03 iyun 2022, 19:40
Azərbaycan əsilli iş adamı Qod Nisanov Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti vəzifəsindən kənarlaşdırılıb. “Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı təşkilat yayıb.
Məlumata görə, Qod Nisanov bu gündən etibarən təşkilatın İcraiyyə Komitəsində öz fəaliyyətini dayandırır.
Bildirilir ki, Ukraynadakı münaqişə ilə əlaqədar olaraq ABŞ, Böyük Britaniya və yaxud Avropa İttifaqının sanksiya siyahısına daxil edilən heç bir şəxs təşkilatda hər hansı vəzifə tuta bilməz və hansısa rol oynaya bilməz.
Xatırladaq ki, iyunun 2-si ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putinə yaxın rus elitasına, onların yaxta və təyyarələrinə qarşı yeni sanksiyalar elan edib. Sanksiya tətbiq edilən şəxlər arasında Qod Nisanov da var.
Qeyd edək ki, Q.Nisanov 2014-cü ildə Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti seçilib və təşkilatın rəhbərliyində olan ilk dağ yəhudisi olub.
Oxşar xəbərlər