Zelenskiyə üç çıxış yolu təklif olunur - hansını seçəcək?

  • 28 may 2022, 22:28

“Ya müharibəni dayandır, ya atəşkəs elan et, ya da...”

“Ukrayna prezidenti Zelenski üç tərəfdən təzyiqə məruz qalır. Onların hər biri Rusiya ilə hərbi münaqişədən öz çıxış yolunu təbliğ edir, amma heç biri ideal deyil”. Bu barədə Rusiyada xarici agent elan olunmuş rosbalt.ru yazır.
İddia olunur ki, Ukrayna biznesi və hökumətin iqtisadi bloku hərbi əməliyyatların tez bir zamanda dayandırılmasının tərəfdarıdır - onlar yaxşı bilirlər ki, belə rejimdə ölkə iqtisadiyyatı uzun sürməyəcək. Maliyyə naziri Sergey Marçenko “The Economist” jurnalına müsahibəsində deyib ki, döyüşlər 3-4 aydan çox davam edərsə, Nazirlər Kabineti iqtisadiyyatı ayaqda saxlamaq üçün ağrılı tədbirlər görməli olacaq. Xüsusilə, vergilərin əhəmiyyətli dərəcədə artması, xərclərin kəskin azalması olacaq. Onun sözlərinə görə, idxalın azalması və bir çox rüsumların alınmaması səbəbindən gömrük daxilolmaları artıq dörddə birinə yaxın azalıb. Həmçinin, münaqişə səbəbindən ölkə hər ay 5 milyard dollar itirir ki, bu da Ukraynanın ÜDM-nin 5%-ni təşkil edir.

Hökumətin biznes-iqtisadi bloku hərbi əməliyyatları tez bir zamanda dayandırmaq üçün Zelenskiyə təzyiq edənlərin birinci qrupudur. Digər tərəfdən, sahibkarlar da istəyirlər ki, Ukrayna ixrac yönümlü ölkə olduğundan, mümkün qədər çox ərazi Kiyevin nəzarətində qalsın, dəniz limanları blokdan çıxarılsın.
“Rosbalt” yazır ki, ikinci təzyiq qrupu Avropa ölkələridir (İtaliya, Fransa, Almaniya və Yunanıstan), onlar bir çox ukraynalı ekspertlərin fikrincə, Kiyevin “DXR” və “LXR”-ni sərhədlər daxilində tanımalı olduğunu israr edirlər. Onlar Kiyevi Donetsk və Luqansk vilayətlərinin, həmçinin Xerson vilayətinin (eləcə də Krımın) Rusiyanın tərkibində qalmağa razılaşmağa çağırırlar.
Zelenskiyə qarşı üçüncü təzyiq vektoru da var ki, onlar müharibədə heç bir güzəşt edilməməsi tərəfdarlarıdırlar. Bu qrup nəyin bahasına olursa- olsun Rusiya ilə sona qədər hərbi əməliyyatlar aparmaq tərəfdarlarıdırlar. Bu qrup qələbə dedikdə təkcə Donbas və Krımın qaytarılmasını deyil, həm də döyüşlərin Rusiya ərazisinə keçirilməsini, bəlkə də “əslən Ukraynanın”olan Kubanın da ələ keçirməyi tələb edirlər. Bu qrup o qədər də çox olmasa da, mediada və siyasi məkanda son dərəcə fəaldır, ona görə də Ukraynada çoxlu insan onları dinləyir.

“Zelenski üçün ərazi güzəştinə getmək və atəşkəs imzalamaq istəyənlərin təklifləri qəbuledilməzdir. Birincisi, o, öz ölkəsində qəbul olunmayacaq. Nə sıravi ukraynalılar, nə də 700 minə çatan silahlı qüvvələr (Ukrayna Silahlı Qüvvələri + Milli Qvardiya + ərazi müdafiəsi batalyonları) bu variantları qəbul etrməyəcəklər. Bu ssenariyə razılaşarsa, o, dərhal prezidentlikdən uzaqlaşacaq. Üstəlik, ABŞ, Böyük Britaniya və onların Aİ-dəki müttəfiqləri - Polşa və Baltikyanı ölkələr təkid edirlər ki, Ukrayna mübarizəni davam etdirməlidir. Təbii ki, güman etmək olar ki, üç aylıq müharibədən sonra Ukrayna ordusu tükənib. Ancaq bu, doğru deyil. 700.000 silahlı və təlim keçmiş insandan 200.000-dən çoxu birbaşa cəbhədə iştirak etmir. Qalan yarım milyon ölkənin qərbində Belarus və Moldova ilə sərhəddə, Kiyev ətrafında, həmçinin Donbasın qərbində dayanır. Martın sonundan Ukraynada könüllülər müdafiəyə belə aparılmayıb. Onlara “sağ olun, kifayət qədər insan var. Ehtiyac olsa, sizə zəng edəcəyik” deyiblər…”- “Rosbalt” yazır.
Orxan ƏLİYEV,
Musavat.com
Oxşar xəbərlər