Rusiya ordusu bu şəhəri nəzarətə götürdü

  • 28 may 2022, 15:40
Donetsk vilayətinin Krasnı Liman şəhəri Rusiya ordusu tərəfindən nəzarətə götürülüb.
Bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov məlumat yayıb.
Konaşenkov bəyan edib ki, ruslar havadan atılan yüksək dəqiqlikli raketlərlə Bəhmut qəsəbəsində Ukrayna ordusunun 30-cu mexanikləşdirilmiş briqadasının irəli komanda mərkəzini və Soledar qəsəbəsindəki regional müdafiə bölməsinin komanda mərkəzini vurub.
Bunlardan əlavə 5 müşahidə-komandirlik məntəqəsi, 17 hərbi hissə və texniki vasitələrin olduğu ərazi, Donetsk bölgəsindəki Mironovka, Bəhmut və Nırkovo qəsəbələrində 4 silah-sursat anbarının məhv edildiyini söyləyən Konaşenkov, Rusiya hava döyüş taktiki bölmələrinin 6 komandanlıq mərkəzi, 1 rabitə mərkəzi, 4 sursat anbarı, 2 Grad çoxlüləli reaktiv yaylım atəşi batareyası və 50 hərbi bölgəni məhv etdiyini bildirib.
Oxşar xəbərlər