Demokratik TV
Xəbər lenti
Yelena Zelenskaya: “Heç kim ərimi əlimdən ala bilməz” - FOTO
- 21 may 2022, 21:50
“Heç kim ərimi əlimdən ala bilməz”.
Bu sözləri Ukraynanın birinci xanımı Yelena Zelenskaya ICTV kanalına verdiyi müsahibəsində jurnalistin “müharibə ərinizi, demək olar ki, əlinizdən alıb” sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, müharibə başlayandan bəri həyat yoldaşı, Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir-birlərini, demək olar ki, görməyiblər, indi isə televiziya efirində olsa da görüşmək fürsətləri yaranıb.
“Heç kim, hətta müharibə ərimi əlimdən ala bilməz. Amma bəli, o, iş yerində yaşayır. Onu, demək olar ki, görmürük. İki ay yarımdır, ümumiyyətlə bir-birimizi görmürük, elə deyilmi?” - deyə Y.Zelenskaya həyat yoldaşından soruşub.
Volodimir Zelenski xanımının dediyini təsdiqləyib.
Y.Zelenskaya bu müddət ərzində ancaq telefonla danışdıqlarını bildirib. Bugünkü görüşlərini isə “efirdə görüş” adlandırıb.
O, həmçinin həyat yoldaşına müraciət edərək bu müddət ərzində nə qədər dəyişdiyini soruşub. V.Zelenski isə onun əla göründüyünü vurğulayıb.
“Yəni dayanırıq, hər şey qaydasındadır, ailəmiz də qaydasındadır. Təəssüf ki, biz bütün ailə ilə oturub nahar edə, hər şeyi danışa bilmirik...” - deyən birinci xanım Ukraynada bir-birlərindən ayrı düşmüş, qohumlarını gözləyən bütün ailələr kimi yenidən birləşəcəkləri günü gözlədiyini deyib.
Mənbə: Censor.net

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Prezident Cahangir Hacıyevlə ƏIi Abbasovun adını siyahıdan çıxardı
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
Analitik material: Ukraynanın şoumen prezidenti
Prezident "Media haqqında" qanunu təsdiqlədi - Tam Mətn
“Media haqqında” qanun layihəsinin tam MƏTNİ
Qədim, zəngin və keşməkeşli Ukrayna tarixi - Rusiya əsrlərdir bu ölkədən nə istəyir?
Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTO)
Prezidentin “CNN Türk”ə müsahibəsi - TAM MƏTN
Mir Şahinin vaxtı: Gəncədə 2018-ci ilin iyul terroru ilə bağlı YENİ FAKTLAR - VİDEO
..Son görüş, 18 dollar və soyuqdan donan qızlar – Rəsulzadə ailəsinin acı həyat hekayəti
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti