“Jirinovskinin ruhu Medvedyevə yerləşib” – Podolyak

  • 08 may 2022, 12:43
Rusiya Federasiyasının eks-Baş naziri Dmitri Medvedyev bəyan edib ki, guya Polşa Ukraynanın ərazisini «anneksiya» etmək istəyir.
“AzPolitika” xəbər verir ki, Ukrayna Prezidenti Ofisi başçısının müşaviri Mixail Podolyak belə bəyanata Jirinovski barədə zarafatla reaksiya verib. Zarafatı o, özünün Tvitter səhifəsində yazıb.
Belə ki, Medvedyev Polşa Prezidenti Anjey Dudanın bu sözlərini şərh etmək qərarına gəlib ki, Polşa və Ukrayna arasında on illərlə, hətta yüz il daha sərhəd olmayacaq. Rusiyalı siyasətçi bunda «rəsmi ərazi iddiası görüb».
«Söhbət Polşanın Qərbi Ukrayna ərazisini faktiki anneksiyasından gedir. Zəmin yavaş-yavaş yoxlanır, amma düzgün yoxlanır. Tapşırq sadədir - tarixi torpaqları özünə qaytarmaq və bu zaman əsl niyyəti aqressiv anti-Rusiya ritorikası və Ukrayna ilə yalançı «ümumi xoşbəxtlik» ilə pərdələmək» - Medvedyev özünün Teleqramında yazıb.

Podolyak Rusiya tərəfin təəccüblü bəyanatına ironiya ilə reaksiya verib - Jirinovski barədə zarafatla.
«Jirinovskinin ruhu Medvedyevə yerləşib və klaviaturda Polşanın imperiya planları barədə feyk rəqsi edir. Sivil dünya başqa cür işləyir. Polşa böyük dost, müttəfiq və Ukraynanın həmkarıdır. Varşava kürəyə bıçaq yeritmir, Rusiya kimi, kömək əli uzadır. Hamı Rusiya kimi barbar deyil» - müşavir yazıb.
Oxşar xəbərlər